AFFA inqilab edəcək
17.02.2012 - 16:00
AFFA-nın fəaliyyəti barədə neqativ yazmaq xəstəliyinə mübtəla olan bəzi yazarlara cavab vermək fikrindən uzaq olsam da, bir sıra məqamlara, xüsusilə, assosiasiyanın futbolun təbliği istiqamətindəki fəaliyyətinə toxunmaq istərdim.
www.affa.az AFFA-nın futbolun təbliği istiqamətində ilk böyük layihəsi olan rəsmi saytın yaranması bu sahədə mövcud olan boşluğu xeyli aradan qaldırdı. Əksər ölkələrin futbol qurumlarının internet səhifəsi olduğu halda, 2005-ci ilin əvvəlində AFFA bu sahədən uzaq idi. Bəzi idman yazarları millinin yeni açıqlanan heyətini belə vərəqi dizinin üstünə qoyub yazmaq məcburiyyətində idi. Belə bir vaxtda saytın fəaliyyətə başlaması informasiya məkanında yaranmış boşluğu xeyli aradan qaldırdı və futbol qurumu ilə KİV arasında əlaqələrin yaxşılaşmasında böyük rol oynadı.
Sonradan saytın 3 dildə (Azərbaycan, ingilis və rus) fəaliyyətini davam etdirməsi ölkə xaricində də futbolumuz haqqında geniş informasiya alınmasına hərtərəfli zəmin yaratdı. Ölkə futbolu ilə bağlı bütün məlumatların saytda yerləşdirilməsi, fotoreportaj sisteminin yaradılması mətbuat və yeni-yeni yaranmağa başlayan internet portalları üçün geniş informasiya mənbəyi oldu. Bundan əvvəl qəzetə foto vermək üçün min-bir əziyyətlə qarşılaşan mətbuat işçiləri, bununla da, bir qədər rahat iş rejiminə keçdilər. Son 5 ildə isə saytın fəaliyyətində son dərəcə ciddi canlanmalar baş verməkdədir. Oyunların onlaynından tutmuş, tədbirin keçirilmə vaxtından asılı olmayaraq, bütün informasiyaların sayta operativ olaraq yerləşdirilməsi artıq adi hala çevrilib.
Bir sözlə, bu gün AFFA-nın saytı xəbər baxımından KİV-in birinci məlumat mərkəzinə çevrilib. Hətta bəzən idman portalları bir-birindən informasiya yaymaq baxımından geri qalmamaq üçün AFFA-nın saytına mütəmadi daxil olurlar.
www.affavideo.az AFFA tərəfindən bu layihənin tətbiqinə başlananda hələ çoxları, hətta bəzi mətbuat işçiləri belə bunun mahiyyətinin nədən ibarət olduğunu yetərincə dərk edə bilmirdilər. Belə ki, bununla bağlı mənə verilən suallar onların bu barədə nə qədər dayaz informasiyaya malik olduğunu göstərirdi. Bu, heç də təsadüfi deyildi. Çünki biz layihənin tətbiqinə başlayanda ölkəmizdə internet videoportal yox dərəcəsində idi. AFFA-nın bütün tədbirlərinin, yığma komandaların oyunlarının və futbolla bağlı digər tədbirlərin maraqlı anlarının bu saytda yüksək peşəkarlıqla montaj olunaraq yerləşdirilməsi qısa vaxt ərzində onun təsir dairəsini xeyli genişləndirdi.
Artıq komandalarımızın xarici ölkələrdən olan rəqibləri də oyunlardan sonra maraqlı məqamları izləmək üçün saytımızın xidmətindən yetərincə istifadə edirlər. AFFA-nın bu layihəsinin də qısa vaxt ərzində yetərincə nüfuz qazanması UEFA-nın da diqqətini cəlb etdi və Avropa futbol qurumu 2010-cu ildə media ilə bağlı layihələrdə bunu yüksək dəyərləndirdi. Bunun məntiqi nəticəsi kimi UEFA-nın təşkilatçılığı ilə media ilə bağlı növbəti seminarlardan biri Bakıda təşkil olundu. Avropa futbol qurumunun razılığı ilə Asiyadan olan bəzi qonşu ölkələrin futbol qurumlarının da qatıldığı tədbirdə AFFA-nın bu sahədə fəaliyyəti geniş şəkildə təqdim olundu və onlar tərəfindən bu layihə maraqla qarşılandı. Çünki nəinki Ermənistan, Gürcüstan, o cümlədən Türkiyə, Avstriya kimi ölkələrin futbol qurumlarının da videosaytları yoxdur. Bunu istənilən jurnalist təhlil edə bilər.
Onu da qeyd etmək istərdim ki, FİFA tərəfindən də AFFA-nın bu layihəsi yüksək dəyərləndirilir. Belə olmasaydı, FİFA-nın prezidenti Yozef Blatter bu il yanvarın 20-də milli assosiasiyaların rəhbərləri ilə görüşdən sonra eksklüziv müsahibəsini yalnız affa.az və affavideo.az saytlarına verməzdi.
www.affatv.az Bu layihə də ölkəmizdə futbolun yetərincə təbliğ olunmasına geniş zəmin yaradıb. Millimizin nəinki respublikamızda, o cümlədən səfərdə keçirdiyi oyunların belə AFFA-nın internet TV-si ilə yayımlanması Avropa məkanında geniş rezonans doğurmaqdadır. U-17-nin Qazaxıstanda, Moldovada, Xorvatiyada, U-21-in İspaniyada, Bakıda, Lənkəranda, futzal millimizin və U-17 (qızlar) yığmasının Bakıda keçirdiyi qrup oyunlarının, ilk dəfə ölkəmizdə təşkil olunan Caspian Cup turniri çərçivəsində keçirilən qarşılaşmaların affatv-də canlı yayımlanması oyunların dünyanın internet olan istənilən məkanından izlənməsinə şərait yaradıb.
Təkcə bir faktı qeyd etmək istərdim ki, U-21-in oyununu 21 min, futzal üzrə qrup oyunlarını isə 30 mindən artıq (bunun 28 mindən çoxu xarici ölkələrdən) futbol azarkeşi izləyib. Bu istiqamətdə işlərimizi daha da genişləndiririk. Yaxın zamanlarda futbol azarkeşləri bunun canlı şahidinə çevriləcəklər.
“Futbol dünyası” qəzeti “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun İnkişafına dair Dövlət Proqramı”na uyğun olaraq təsis olunub. Missiyası futbolun təbliği olan bu qəzet yarandığı gündən AFFA tərəfindən həyata keçirilən çoxsaylı tədbirləri operativ surətdə yetərincə işıqlandırır. Digər futbol və idman qəzetləri nəinki “Coca-Cola Məktəbli Kuboku”, U-11, “Coca-Cola U-13” , U-14 liqaları, heç U-16 və “Azercell U-17” liqalarının oyunları barədə bir cümlə belə yazmadığı halda, “Futbol dünyası” ənənəsinə sadiqliyini davam etdirir. Futbolun inkişafında uşaq futboluna xüsusi diqqət yetirildiyindən, bütün liqalar və turnirlər barədə geniş məlumat fotoreportajlarla birlikdə mütəmadi olaraq qəzetdə verilir. Dizaynı ilə digər futbol nəşrlərindən fərqlənən qəzet statistikalara da geniş yer ayırır.
Bir sözlə, aşağı yaş qruplarından ibarət liqaların oyunları barədə bu gün yalnız və yalnız affa.az, affavideo.az saytlarında və “Futbol dünyası” qəzetində tanış olmaq mümkündür. Çünki AFFA olaraq bizi ümumi mənada futbolumuzun daha geniş şəkildə təbliği düşündürür və buna görə də KİV nümayəndələrinə daim şərait yaratmağa çalışırıq. Bu saytlarda və qəzetdə sponsorların reklamlarının verilməsi də futbolun inkişafına dəstək olan təşkilatlarla əməkdaşlığın daha da dərinləşməsinə səbəb olur.
Foto arxivlər barədə. Azərbaycan futbolunun 100 illiyi ərəfəsində futbolumuzun tarixini əks etdirən fotoların internetdə və mətbuatda yayılmasını bəlkə də çoxları adi bir hadisə kimi qiymətləndirdi. Heç əksər müxbirlər də bunun məğzini araşdırmadı. Heç onlarda belə bir sual yaranmadı ki, axı 90-100 ildən sonra bu fotolar necə oldu birdən-birə ortalığa çıxdı?! Bu gün bu mühüm məqama da aydınlıq gətirmək istərdim.
Hələ də çayxana təfəkküründən ayrılmayan bəzi yazarların ağzı külqabı iyi verənə qədər çayxanalarda siqaret çəkdikləri vaxt mən saatlarla kitabxanalarda, arxivlərdə futbolumuzun 100 illik tarixinin fotolarını axtarırdım. Üzə çıxan bu tarixi fotoların böyük əksəriyyəti təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, məhz mənim əməyimin məhsuludur. Bu gün ölkədə futbolun foto arxivini araşdırıb 100 illik şəkilləri ortaya çıxaran məndən başqa bir tədqiqatçı, tarixçi və yaxud jurnalist varmı? Varsa, buyurun deyin.
Futbolumuzun video arxivinin açılması üçün də xeyli zəhmətim olub. Son bir il ərzində internetdə və ölkəmizin TV məkanında yayımlanan futbolumuzun tarixi ilə bağlı kadrları da ortaya mən çıxarmışam. Saatlarla Dövlət Arxivində futbolla bağlı kadrlar axtarmışam və bunun üçün bir neçə ay sərf etmişəm. Kino lentlərində saxlanılan kadrların disklərə yazılması və bu gün geniş auditoriya tərəfindən baxılması üçün xeyli zəhmət çəkmişəm və bütün kadrları futbolumuzun tarixinin təbliği baxımından bütün TV-lərə hədiyyə etmişəm.
Bu da, bir daha təkrar edirəm, təvazökarlıqdan kənar olsa da, mənim əməyimin bəhrəsidir. Futbolun kadrları ilə bağlı arxivlərdən 1920-ci ildən başlayaraq 1980-ci illərə qədər arxiv araşdıran ikinci bir şəxs varsa, buyurun.
AFFA dünya futbolunun təbliğində inqilab edəcək. Dövlət Proqramına və AFFA rəhbərliyinin tapşırığına əsasən, futbolun daha optimal formada təbliği naminə növbəti layihəmiz hazırdır. Texniki məsələlər öz həllini tapdıqdan sonra dünyanın müxtəlif milli assosiasiyalarında rezonans doğuracaq bir hadisənin şahidi olacaqsınız. Bir sözlə, futbolumuzun təbliğatı istiqamətində daim yeniləşən layihələrimizdə yaxın vaxtlarda tanış olacaqsınız.
FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin mahiyyəti barədə də bəzi yazarlarımız subyektiv mövqe bildirirlər. Respublika Prezidenti İlham Əliyevin və FİFA prezidenti Yozef Blatterin ölkəmizdə ilk dəfə keçiriləcək dünya çempionatı barədə daim yüksək fikirdə olmasına, bunu daha böyük çempionatlar yolunda tramplin hesab etmələrinə baxmayaraq, bəzi qələm sahibləri bunu anlamadan tənqid edirlər.
Bunun ölkə mediası ilə bağlı olan xüsusi bir məqamına toxunmaq istərdim. Dünya çempionatının təşkili üçün onlarla yerli media nümayəndəsinin gücündən istifadə olunacaq. Artıq Yerli Təşkilat Komitəsinin rəhbərliyi bununla bağlı xarici nümayəndələrlə işləmək qabiliyyətinə malik olan onlarla müxbirin iştirakı ilə görüş keçirib və onların xidmətindən istifadə etməyi qərara alıb. Bu yerli media əməkdaşlarının Avropa və dünya məkanında özlərini təsdiqləmək imkanı da qazandıracaq. Göründüyü kimi, AFFA-nın futbolun təbliğində gördüyü işlər əksər milli assosiasiyalar üçün də maraqlıdır.
Sonda bir məqamı qeyd etmək istərdim ki, mənim Azərbaycan milli komandasının oyunundan ilk reportajım 1994-cü ilin oktyabrın 12-də Polşanın Mielets şəhərində keçirilən Polşa – Azərbaycan, son reportajım isə 2011-ci ilin noyabrın 15-də Azərbaycan – “Union Berlin” komandaları arasında oyun olub. Bununla yanaşı, hansısa saytın bağlanması və AFFA-da heç bir ştatda olmayan birinin işdən çıxarılması barədə haqqımda yayılan məlumatlar isə qeyri-peşəkarlığın göstəricisidir. Əgər bunu yayanlar özlərini obyektiv hesab edirlərsə, onda araşdırmalarını sona qədər davam etdirsinlər.
Mikayıl NƏRİMANOĞLU
AFFA-nın İnformasiya və
İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi

0
0