FİFA Bahodir Nasimovun oynadığı matçla bağlı qərar verdi
17.02.2012 - 16:08
FİFA neçə vaxtdır araşdırdığı Özbəkistan – Tacikistan oyunu ilə bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2011-ci il noyabrın 15-də keçirilmiş görüşdə baş verənlərə əsasən qurum 5 özbəkistanlı futbolçunu cəzalandırıb. Onlar DÇ-2014-ün Asiya zonası üzrə 4-cü seçmə mərhələsinin ilk oyununu buraxmalı olacaqlar.
Məsələ ondadır ki, 3-cü seçmə mərhələnin V turunun Tacikistanla matçında 3:0 hesabı ilə qalib gələn özbəklər sonuncu turun Yaponiya ilə qarşılaşması ərəfəsində növbəti raunda vəsiqəni təmin etmişdi. Bunu bilən futbolçular artıq hesab 3:0 olduqdan sonra vaxtı uzatmağa görə 5 sarı vərəqə alıb. Özü də onların hamısı hesabında vərəqə olan futbolçular olub ki, bununla da son turu buraxacaq yığma üzvləri cəzalarını “yuyacaqdılar”.
4-cü mərhələyə vərəqəsiz - “təmiz” başlamaq arzusunda olan özbəkistanlıların bu arzusunu isə FİFA gözündə qoyub. İndi bilərəkdən cəzalı duruma düşüb, Yaponiyaya qarşı oynamayacaq “beşlik” bundan sonrakı qarşılaşmada da “istirahət edəcək”.
Qeyd edək ki, Şavkatcan Muladjanov, Sanjar Tursunov, Sərvər Cəpərov, İslom Tuxtaxujeyev və Vaqiz Qakiulinin “hoqqa” çıxardığı matçda “Neftçi”nin legioneri Bahodir Nasimov da çıxış edib. O, start heyətində meydana çıxaraq, 55-ci dəqiqəsində əvəzlənib.

0
0