PFL 14 oyunu təxirə saldı
17.02.2012 - 16:47
PFL 14 oyunu təxirə saldı
Ölkə ərazisində hökm sürən kəskin hava şəraiti ilə əlaqədar futbol üzrə Azərbaycan çempionatının daha 14 oyunu təxirə salınıb. Apasport.az saytının məlumatına görə, yarışı keçirən Peşəkar Futbol Liqası (PFL) bu dəfə I divizionla bağlı belə qərar verməyə məcbur olub.

Bu üzdən XVI turun bütün görüşləri martın 28-nə keçirilib. Hərçənd bu matçlar hələ ötən həftə keçirilməli olsa da baş tutmamışdı. XVII turun “Şəmkir” – “Bakılı” və “Göyəzən” – “MKT Araz” qarşılaşmaları isə fevralın 18-də deyil, aprelin 25-də oynanılacaq. Bu dəyişikliklər martın 30-da keçirilməli olan XXIII tura da təsir edib. Həmin turun 6 oyunu aprelin 1-də baş tutacaq.

Qeyd edək ki, bunadək Premyer Liqada da 1 turun oyunları təxirə salınmışdı.