Berti Foqts asiyalılarla görüşlərə 26 futbolçu ilə yollanır
17.02.2012 - 16:49
Berti Foqts asiyalılarla görüşlərə 26 futbolçu ilə yollanır
Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçisi Berti Foqts fevralın 22-dən martın 1-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışı keçəcək komandaya çağıracağı futbolçuların siyahısını müəyyənləşdirib.

Almaniyalı mütəxəssis, hazırlıq prosesi çərçivəsində fevralın 24-də Sinqapur, fevralın 27-də Hindistan, fevralın 29-da isə Fələstinlə yoldaşlıq oyunlarında sərəncamında 26 futbolçu görəcək.

Foqtsun siyahısında yeni ad olmasa da, millinin debütantları var. Bunlar əvvəl də milliyə çağırılan, lakin debüt etmək imkanı olmayan - Anar Nəzirov, Hacı Əhmədov, Arif Daşdəmiirov, Murad Ağayev, Vüqar Əsgərov, Cihan Özkara və Rizvan Umarovdur.

Onlardan bəziləri ən yaxşı halda qeyri-rəsmi xarakter daşıyan, klublarla yoxlama oyunlarında meydana çıxıblar. Rəsmi matçlarda belə forma geyən Aqil Nəbiyev isə uzun fasilədən sonra yenidən milliyə çağırılıb.

Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Andrey Popoviç (“Sumqayıt”), Anar Nəzirov (“Turan”)

Müdafiəçilər: Rəşad Sadıqov (“Qarabağ”), Vladimir Levin (“İnter”), Bədavi Hüseynov, Hacı Əhmədov (hər ikisi “Sumqayıt”), Rail Məlikov, Ruslan Abışov (hər ikisi “Neftçi”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”), Ufuk Budak (“Frayburq”, Almaniya)

Yarimmüdafiəçilər: Aleksandr Çertoqanov, Mahir Şükürov (hər ikisi “Qəbələ”), Rəşad Sadiqov, Əfran İsmayılov (hər ikisi “Qarabağ”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Aqil Nəbiyev (AZAL), Nizami Hacıyev, Arif Daşdəmirov (hər ikisi “İnter”), Murad Ağayev (UGİM-80, Rusiya), Rizvan Umarov (“Deportivo Kastelyon”, İspaniya)

Hücumçular: Branimir Subaşiç (“Xəzər Lənkəran”), Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi “Qarabağ”), Vüqar Əsgərov (“Metallurq”, Liepaya, Latviya), Cihan Özkara (“Sivasspor”, Türkiyə).