“Julius Vobay sıralarımızda olacaq”
17.02.2012 - 18:10
“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi
- Komandanız 2012-ci ilə 3 xalla başladı. AZAL-la oyundan nə dərəcədə razı qaldınız?
- Futbolçularımız çox fəal idilər, yaxşı oyun göstərdilər. Düzdü, hücum xəttində bir sıra problemlər vardı. Amma yeni transferlərimiz meydana çıxandan sonra oyunda dönüş yarandı. Bu da onların uğurlu transfer olduğunu göstərir.
- Təqvimdə elə alınıb ki, ilk mərhələnin son 3 görüşünü səfərdə keçirəcəksiniz. Bu, komandanızın çıxışına təsir göstərəcəkmi?
- “Xəzər Lənkəran” indiyədək səfərdə də yetərincə yaxşı oynayıb. Mənə elə gəlir ki, indi də belə olacaq. Təqvimin bu cür alınması komandamızın qarşılaşmalara daha ciddi hazırlaşması üçün əlavə bir motivasiyadır.
- Transfer vərəqəsi gəlmədiyi üçün kosta-rikalı transferiniz Rendal Brenesin adı protokolda salınmamışdı. Bu problem həllini tapıb?
- Bəli. Yeni futbolçuların hamısının transfer vərəqələri gəlib.
- Qış fasiləsində mərkəz müdafiəçisi mövqeyinə uzun müddət transfer etməyib, Manuel Skarlatakenin qayıdışını gözlədiniz. Ancaq bu, baş tutmadı. Rumıniyalı legionerin məsələsində son nöqtə qoyuldumu?
- Manuel ötən yay komandamızdan gedəndən sonra Buxarest “Dinamo”sunun heyətində yer almışdı. Biz bununla bağlı FİFA-ya şikayət etmişdik. FİFA-da elə məsələlər var ki, qərar vermək vaxt aparır. Biz ali futbol qurumuna Skarlatake ilə mövcud olan müqaviləni göndərib, futbolçunun hansı şərtlərlə bizim kluba dəvət olunduğunu göstərmişdik. Hər halda, rumıniyalının bizimlə müqaviləsi olmasaydı, yayda təlim-məşq toplanışında iştirak etməzdi. Sadəcə, futbolçu həmin vaxt müəyyən səbəblərə görə düşərgəmizi tərk edib, “Dinamo”ya getmişdi.
- Manuellə müqaviləniz nə vaxta kimidir?
- Onunla müqavilənin müddəti 2011-ci ilin dekabrında bitib.
- Artıq müqaviləsi başa çatdığından Skarlatakenin komandanıza bağlılığı yoxdur. FİFA onun başqa kluba keçidinə qadağa qoya bilərmi?
- Biz iddia qaldırmışıq ki, Skarlatake həmin 6 ayı bizdə oynamayıb.
- Siz buna görə təzminat istəyirsiniz?
- Təbii.
- Afrikalı futbolçunuz Julius Vobayın məsələsi nə yerdədir?
- O, bir neçə günə Azərbaycana gəlməlidir. Onun bizimlə müqaviləsi rəsmi sənəddir. Vobayı komandamıza böyük məbləğ qarşılığında gətirmişdik. Bizdə bütün məbləğlər AFFA-ya təqdim etdiyimiz müqavilələrdə göstərilir. Bu, UEFA və FİFA-ya təqdim etdiyimiz rəsmi müqavilələrə də aiddir. Orada yazılır ki, hansı məbləğə dəvət olunub, hansı maaş alacaq. Biz futbolçuya 5000 manat verib, sənəddə 200 manat maaş göstərmirik.
- Juliusun komandanızdan ayrılıb, Misirdə olmağı nə ilə bağlı idi?
- Biz onun baxışa getməsinə icazə vermişdik ki, özünə yeni komanda tapsın. Ancaq gedib Misirdə özünü sərbəst futbolçu kimi təqdim edib. özbaşına danışıb. Guya, heç bir klubla müqaviləsi yoxdur. Amma misirlilər görəndə ki, Vobay FİFA-da bizim futbolçu kimi göstərilib, 2012-ci ilin dekabrın sonuna kimi müqaviləsi var, bizimlə əlaqə saxladılar. Biz də onlara müvafiq sənədləri təqdim elədik, vəssalam. Sonda futbolçudan imtina etdilər. Vobay növbəti “transfer pəncərəsi” açılana kimi sıralarımızda olacaq.
- Onun cari mövsümün sonunadək “Xəzər Lənkəran”da oynamaq şansı nə dərəcədədir?
- Bu, onun özündən asılıdır. Hamı kimi, Vobayın da oynamaq şansı yaranacaq. O, baş məşqçidən asılı olacaq. Bizim isə müqaviləyə əsasən, FİFA qanunları çərçivəsində futbolçu qarşısında öhdəliyimiz var. Yəni, biz futbolçunu oynatmalıyıq, məşq etdirməliyik, maaşını verməliyik.
- Türkiyəli baş məşqçiniz Cüneyt Biçərlə azarkeşlərin münasibəti necə, sizi razı salırmı?
- Yazırlar ki, guya Biçərin, bəzi futbolçularımızın azarkeşlərlə araları yoxdur. Bunların hamısı boş söhbətdir. Azarkeş ilk növbədə “Xəzər Lənkəran” futbol klubuna azarkeşlik etməlidir.
Mehman SÜLEYMANOV

0
0