AFFA Bəhreyn yığmasını Bakıya gətirir
17.02.2012 - 18:38
Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışın vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts apreldə yığmanı Bakıda bir araya gətirəcək.
Komandamız daha sonra mayın sonları – iyunun əvvəlində daha 2 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. DÇ-2014-ün seçmə mərhələsinin startından öncə sonuncu yoxlama oyunu avqustda Bəhreyn millisinə qarşı olacaq.
Bu zaman komanda 2 gün əvvəl bir araya gələcək. Artıq bununla bağlı Peşəkar Futbol Liqası ilə razılıq əldə olunub. Foqtsun sözlərinə görə, bununla da dünya çempionatının hazırlığına yekun vurulacaq: “Bəhreynlə matçdan sonra DÇ-nin seçmə mərhələsinə hazırlığı başa vuracağıq. İsrail yığması ilə ev oyununda 3 xal qazanmaq istəyirik”.
Qeyd edək ki, millimizin fevralın 22-dən martın 1-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olacaq.

- Fransada 14 il sonra istefa: Deşam dövrü başa çatdı
- Ameddən yeni transfer – Türkiyə millisinin sabiq üzvü
- “Lids”dən 40 milyon avroluq transfer – Bosniyalı futbolçu Premyer Liqada
- Qrinvud rəsmən "Fənərbaxça"da - İstanbul nəhəngindən böyük transfer
- “Fənərbaxça” Avstriya toplanışını qələbə ilə başa vurdu
0
0