“Lənkəranlı azarkeşlər xoşuma gəldi”
18.02.2012 - 00:04
Kosta-Rika yığmasının və “Xəzər Lənkəran” klubunun futbolçusu Rendal Brenesin apasport.az saytına müsahibəsi
- Azərbaycandan aldığınız təklifi necə qarşıladınız?
- Bir az təəccüb və tərəddüdlə. Ona tərəddüd edirdim ki, Azərbaycan və futbolunuz haqda məlumatım yox idi.
- Təklif İspaniyaya qol vurduğunuz ərəfəyə təsadüf etdiyindən, daha güclü çempionatda oynamaq variantı haqda düşünmədiniz ki?
- Təbii ki, təkliflər o qədər çox idi ki... Amma heç biri konkret deyildi. Çoxları baxışa çağırırdı. Konkret müqavilə imzalamaq təklifi ilə yalnız “Xəzər Lənkəran” çıxış etdi. Mən də bu təklifi qəbul etdim.
- “Xəzər Lənkəran”dan təklif alandan sonra Uinston Parksla danışmısınız. Bunun təşəbbüskarı siz, yoxsa Park idi?
- Təklif alandan sonra internetdə Azərbaycan haqda məlumat toplamağa başladım. Ardınca Parksa zəng vurub, “Xəzər Lənkəran” və ölkəniz haqda maraqlandım. Komandada hansı futbolçuların oynadığını öyrəndim.
- Azərbaycana gələndən sonra Parksla görüşmüsünüzmü? Onunla bombardirlik yarışı və çempionluq mübarizəsi haqda söhbət etmisiniz?
- Azərbaycana gəldiyim ilk gün onunla görüşdüm. Lakin onunla çempionat və mübarizə haqda deyil, başqa mövzuda söhbət etdik. Lənkəran, oradakı yaşayış, qidalanma və başqa məişət məsələlərini öyrəndim.
- Artıq bir neçə gündür komandanın düşərgəsindəsiniz. Eşitdikləriniz və gördükləriniz arasında hansı fərqlər var?
- Demək olar fərqlər yoxdur. Yalnız bir şeyi qeyd edə bilərəm. Komandada çoxlu sayda cənubi amerikalı, braziliyalı görməyim, üstəlik, tərcüməçinin olması çox yaxşı oldu. Bu, mənə, Azərbaycan dilini bilməyən futbolçunun komandaya uyğunlaşması üçün bir təkan olacaq.
- Komandanızın ilk oyununu izlədiniz. Təəssüratınız necə oldu?
- Daha çox ab-hava və azarkeşlər xoşuma gəldi. Komanda da yaxşı oynadı. Yeni komandamın qısa ötürmələrlə və sürətli oynaması lap ürəyimcədir. Çünki Kosta-Rikada da komandam bu cür oynayır.
- AZAL-la matçda oynamağınıza transfer vərəqinizin gəlməməyi mane olmuşdu. Transfer vərəqəniz gəlibmi? Debütünüzü nə vaxt görə biləcəyik?
- Bəli, artıq məsələ həllini tapıb. Növbəti oyunda meydana çıxa bilərəm.
- Kosta-Rika çempionatı ilə Premyer Liqanı, əvvəl oynadığınız “Kartagin”lə “Xəzər Lənkəran”ı müqayisə edə bilərsinizmi?
- 1 oyuna görə müqayisə edə bilmərəm. Bunun üçün hələ tezdir. Lakin bircə onu deyə bilərəm ki, oyun tərzlərində fərq var.

0
0