“Qəbələ” – “Xəzər Lənkəran” matçının hakimi bəlli oldu
17.02.2012 - 18:52
“Qəbələ” – “Xəzər Lənkəran” matçının hakimi bəlli oldu
Premyer Liqanın XXI turunda keçiriləcək oyunlara hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, turun mərkəzi “Qəbələ” – “Xəzər Lənkəran” matçı FİFA dərəcəli referimiz Elçin Məmmədova həvalə edilib.
Digər beynəlxalq dərəcəli ədalət təmsilçilərimiz Fariz Yusifov “Neftçi” – “Rəvan”, Anar Salmanov isə “Simurq” – “Bakı” qarşılaşmasında əsas fit sahibi olacaqlar.

20 fevral (bazar ertəsi)

14:00. “Qarabağ” – “Kəpəz”
Quzanlı Olimpiya İdman Kompleksi
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, Yaşar Abbasov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Xaqani Məmmədov

16:00. “İnter” – “Sumqayıt”
“Şəfa” stadionu
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Zeynal Zeynalov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Əmir Zamanov

16:00. “Simurq” – “Bakı”
Zaqatala şəhər stadionu
Hakimlər: Anar Salmanov, İlham Əliyev, Mübariz Haşımov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Fazil Mürşüdov

21 fevral (çərşənbə axşamı)

14:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Qəbələ, Böyük Əmili kənd stadionu
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Əhmədağa Cabbarov

14:00. AZAL - "Turan"
AZAL Arena
Hakimlər: Alik Yunusov, Mehman Mahmudov, Ramiz Əsədov, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Akif Məmmədov

14:30. “Neftçi” – “Rəvan”
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Elşən Acalov, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Gülağa Cabarov