Çempionların hərəsinə 59 min dollar
18.02.2012 - 00:25
Çempionların hərəsinə 59 min dollar
Zambiya hökuməti bu günlərdə Afrika Millətlər kubokunun qalibi olmuş ölkə yığmasının hər oyunçusuna mükafat kimi 59 min dollar verəcək. Apasport.az saytının xəbərinə görə, bu məlumatı Zambiyanın idman naziri Çişimba Kambvili şəxsən açıqlayıb. Bundan başqa, hökumətdən əlavə bəzi özəl təşkilatların da çempion olmuş futbolçulara mükafat ayıracağı istisna olunmur.

Zambiya yığmasının finalda penaltilər seriyasında Kot d’İvuara qalib gələrək tarixində ilk dəfə Afrika Millətlər kubokunu qazandığını da xatırladaq.