“Turan”da ingiltərəli futbolçu
18.02.2012 - 13:06
“Turan”da ingiltərəli futbolçu
"Turan" heyətinə daha bir futbolçu qatmağa hazırlaşır. Apasport.az saytının xəbərinə görə, Esan Tariq Zahran Tovuz klubunun düşərgəsindədi.

İngiltərə vətəndaşı olan Esan Tariq 1991-ci ildə Misirdə dünyaya gəlib. O, futbol oynamağa İngiltərədə başlayıb və "Hall Siti"nin yetirməsidi. Daha sonra "Lester Siti" və "Kristal Pelas"da çıxış edən hücumçu bu məqamda Misirin 21 yaşlı futbolçulardan ibarət milli komandasına dəvət alıb. Millidə özünü yaxşı tərəfdən göstərən hücumçu məhz bu səbəbdən öz ölkəsinin ən güclü və köklü klublarından olan "İsmailiyyə" klubuna keçib. Amma burada karyerası alınmayan oyunçunun İngiltərəyə dönmək ehtimalı olsa da, Azərbaycan klubundan aldığı dəvət onu bir başqa ölkəyə aparıb.

Futbolçu barədə "Turan" klubunun baş məşqçisi Əsgər Abdullayev yaxşı fikirdədi. Amma tam qərarını vermək üçün onu iş başında da görmək istəyir. Çox güman ki, bu futbolçu Azərbaycanda qalacaq.