Azərbaycan – Rusiya oyununun vaxtı müəyyənləşdi
18.02.2012 - 13:23
Azərbaycan – Rusiya oyununun vaxtı müəyyənləşdi
Futzal üzrə dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda Azərbaycan milli komandasının Rusiya yığması ilə keçirəcəyi ilk play-off oyununun vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan – Rusiya qarşılaşması martın 27-də keçiriləcək. Matç saat 21:00-da başlayacaq. Görüş Bakı İdman Sarayında keçiriləcək.

Qeyd edək ki, bu il keçiriləcək dünya çempionatına Tailand ev sahibliyi edəcək.

Mənbə: affa.az