Sabiq futbolçusu “İnter”ə qarşı oynamayacaq
18.02.2012 - 13:57
Premyer Liqanın XXI turunda “İnter”in qonağı olacaq “Sumqayıt” qarşılaşmaya itkilərlə hazırlaşır. Apasport.az saytının məlumatına görə, Olimpiya Yığmalarının Təlim-Məşq bazasında məşq keçən Bernhard Raabın komandası 2 futbolçunun xidmətindən məhrumdur. “Neftçi” ilə XX turun görüşündə zədələnən Samir Abasov fərdi məşqlərlə kifayətlənir. Onun vaxtilə şərəfini qoruduğu “İnter”ə qarşı oynayacağı inandırıcı görünmür. Əməliyyatdan qayıdan Emil Balayev isə yalnız gələn həftədən hazırlıqlara qatılacaq.
0
0