Yığmamız 12 ildir martda uduzmur
18.02.2012 - 14:30
Futzal üzrə dünya çempionatının pley-off mərhələsində Rusiya ilə qarşılaşacaq Azərbaycan milli komandası ilk oyununu uğurlu tarixdə keçirəcək. Apasport.az saytının məlumatına görə, martın 27-də keçirilməsi qərara alınan Bakıdakı ilk matçda yığmamız uğurlu ənənəni davam etdirməlidir. Belə ki, indiyədək martın 27-də meydana çıxmayan futzalçılarımız martda baş tutan görüşlərdə müsbət nəticələr qazanıb. Rusiyalılarla oyun martdakı 9-cu beynəlxalq oyunumuz olacaq. Əvvəlki görüşlərdə 5 qələbə, 1 heç-heçə və 2 məğlubiyyəti olan millimiz hər 2 yenilgini 2000-ci ildə alıb. Artıq 12 ildir ki, martda uduzmayan yığmamız ay ərzindəki matçlarda 31 qol vuraraq 27-ni buraxıb.
Futzal yığmamızın martdakı oyunları
02.03.2000 Xorvatiya – 1:5
03.03.2000 Çexiya – 4:8
30.03.2004 Moldova – 3:1
31.03.2004 Moldova – 5:4
02.03.2008 Gürcüstan – 6:2
19.03.2009 Portuqaliya – 3:3
20.03.2009 Polşa – 4:3
22.03.2009 Finlandiya – 5:1
Futzal yığmamızın martdakı oyunları
02.03.2000 Xorvatiya – 1:5
03.03.2000 Çexiya – 4:8
30.03.2004 Moldova – 3:1
31.03.2004 Moldova – 5:4
02.03.2008 Gürcüstan – 6:2
19.03.2009 Portuqaliya – 3:3
20.03.2009 Polşa – 4:3
22.03.2009 Finlandiya – 5:1
0
0