Hakimlər Komitəsinin sədrinə 12 il həbs cəzası
18.02.2012 - 16:03
Hakimlər Komitəsinin sədrinə 12 il həbs cəzası
Futbol üzrə Çin çempionatındakı danışılmış oyunlarla bağlı məhkəmə işi başa çatıb. Apasport.az saytının məlumatına görə, cinayətkarlar ağır cəzaya layiq görülüb. Çin Futbol Assosiasiyasının direktorunun sabiq müavini Yan İmin 10,5 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq futbol funksioneri 32 min ABŞ dolları cərimə də ödəməli olacaq. Hakimlər Komitəsinin sədri Cjan Yankanq isə daha ağır cəzalanıb: 12 il həbs cəzası və 40 min dollar cərimə. “Lyaonin Quanyuan” və “Quoli Şensi” klublarının sabiq baş menecerləri Van Sin və Van Bo da cəzasız qalmayıb. Onlar müvafiq olaraq 7 və 8 il həbsdə olacaq.