“Qəbələ” & “Xəzər Lənkəran”: 16-cı duel
19.02.2012 - 18:35
Premyer Liqanın XXI turunda “Xəzər Lənkəran”ı qəbul edəcək “Qəbələ” 16-cı dəfə bu komanda ilə görüşəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, indiyədək baş tutan 15 qarşılaşmadan 13-ü çempionat, 2-si kubok çərçivəsində keçirilib.
Kubok matçları 2007/08 mövsümünün yarımfinalında təsadüf edib. Həmin dueli 1 qələbə və 1 heç-heçə ilə Lənkəran təmsilçisi qazanıb və finala yüksəlib.
Çempionat matçlarında isə “Qəbələ” 2 qələbə qazanıb, 2 heç-heçə edib və 9 dəfə uduzub. Buradakı top fərqi 9:23-dür. Ümumilikdə 2 qələbə və 3 heç-heçə qarşılığında 10 dəfə uduzan “Qəbələ” rəqib qapısına 11 top vuraraq 27-ni buraxıb.
“Qəbələ” – “Xəzər Lənkəran”: Bütün oyular

| 2006/07 | 09.12.2006 | Premyer Liqa | Xəzər Lənkəran - Gilan (Qəbələ) | 4:0 |
|---|---|---|---|---|
| 2006/07 | 23.05.2007 | Premyer Liqa | Gilan (Qəbələ) - Xəzər Lənkəran | 0:3 |
| 2007/08 | 30.09.2007 | Premyer Liqa | Xəzər Lənkəran - Qəbələ | 2:1 |
| 2007/08 | 05.04.2008 | Premyer Liqa | Qəbələ - Xəzər Lənkəran | 1:1 |
| 2007/08 | 09.04.2008 | Azərbaycan kuboku, ½ final | Qəbələ - Xəzər Lənkəran | 1:3 |
| 2007/08 | 23.04.2008 | Azərbaycan kuboku, ½ final | Xəzər Lənkəran - Qəbələ | 1:1 |
| 2008/09 | 15.11.2008 | Premyer Liqa | Qəbələ - Xəzər Lənkəran | 0:1 |
| 2008/09 | 03.05.2009 | Premyer Liqa | Xəzər Lənkəran - Qəbələ | 1:2 |
| 2009/10 | 19.09.2009 | Premyer Liqa | Qəbələ - Xəzər Lənkəran | 1:1 |
| 2009/10 | 19.12.2009 | Premyer Liqa | Xəzər Lənkəran - Qəbələ | 1:0 |
| 2009/10 | 12.03.2010 | Premyer Liqa | Xəzər Lənkəran - Qəbələ | 4:1 |
| 2009/10 | 17.04.2010 | Premyer Liqa | Qəbələ - Xəzər Lənkəran | 1:2 |
| 2010/11 | 07.08.2010 | Premyer Liqa | Xəzər Lənkəran - Qəbələ | 1:0 |
| 2010/11 | 06.11.2010 | Premyer Liqa | Qəbələ - Xəzər Lənkəran | 1:0 |
| 2011/12 | 23.09.2011 | Premyer Liqa | Xəzər Lənkəran - Qəbələ | 2:1 |
0
0