Premyer Liqa: 48 çempionat arasında 44-cü
20.02.2012 - 11:11
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsr üçün Avropanın ən güclü milli çempionatlarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2001-11-ci illəri əhatə edən dövr üçün tərtib olunan cədvəldə qitənin 48 ölkəsinin birinciliyi yer alıb.
İngiltərə Premyer Liqası 12619 xalla siyahının ilk pilləsində qərarlaşıb. İspaniya Primerosiu az da olsa geri qalır – 12314. İtaliya A seriyası isə Avropa 3-cüsüdür – 11513.
11 il ərzində hesabına 2038,5 xal yığan Azərbaycan Premyer Liqası isə 48 çempionat arasında yalnız 44-cü yerdə qərarlaşıb. Bu göstəricinin daha yuxarı olmasına 2001/02 mövsümünün yarımçıq qalması, 2002/03 mövsümünün keçirilməməyi də təsir edib. Məhz bu üzdən klublarımız 2002/03 və 2003/04 mövsümlərində qitə kuboklarını tamaşaçı kimi izləyiblər.
Siyahıda Azərbaycan çempionatı yalnız 4 ölkəni qabaqlayır. Bunlar Qazaxıstan, Uels, Malta və Lüksemburq birincilikləridir. Premyer Liqadan 1 pillə öndə olan Bosniya və Herseqovina çempionatı isə cəmi 35,5 xal öndədir.
Qeyd edək ki, UEFA-ya daxil olan ölkələrdən Çernoqoriya, Lixtenşteyn, Farer adaları, San-Marino və Andorra İFFHS-iun cədvəlinə daxil edilməyib.

0
0