“Bakı” ilə oyunun baş tutması üçün heç bir problem yoxdur”
20.02.2012 - 11:55
Azərbaycan Premyer Liqasında XXI turun startı üçün heç bir problem olmayacaq. Apasport.az saytının məlumatına görə, ölkəmizdə hava şəraitinin yenidən pisləşməsi, qarın yağmağı matçların təxirə salınmağına gətirib çıxarmayacaq.
Yəni nəzərdə tutulduğu kimi, saat 14:00-da Ağdamda “Qarabağ” – “Kəpəz”, bundan 2 saat sonra Bakıda “İnter” – “Sumqayıt” və Zaqatalada “Simurq” – “Bakı” oyunu başlayacaq.
Paytaxtla müqayisədə əyalətdə adətən hava şəraitinin daha əlverişsiz olması narahatçılıq doğura bilər. Xüsusilə, Zaqatalanın dağlıq ərazidə yerləşməyini nəzərə almaq lazımdır. Ancaq həm orada, həm də Ağdamda bu baxımdan problemin olmadığını öyrəndik.
“Simurq”un icraçı-direktoru Vaqif Əliyevlə söhbətimizdə isə belə məlum oldu ki, Zaqatalada sanki günəşin istisi adamı yandırır: “Hazırda burada hava, meydançanın vəziyyəti superdir. Qazon yamyaşıldır, havanın temperaturu müsbətdir. Günəş çıxıb, elə bil yaz havasıdır. Düzdür, srağagün biz az qar yağdı. Ancaq yarım saatdan sonra kəsdi. Bura gələn AFFA nümayəndələri stadionda vəziyyətlə tanış olaraq, çox razı qalıblar. Bir sözlə, “Bakı” ilə oyunumuzun baş tutmağı üçün heç bir problem yoxdur”.
Qeyd edək ki, XXI tura sabah paytaxtda “Neftçi” – “Rəvan” və AZAL – “Turan”, Qəbələdə “Qəbələ” – “Xəzər Lənkəran” matçı ilə yekun vurulacaq.
Mehman SÜLEYMANOV

0
0