Anatoli Demyanenko “Neftçi”ni yada saldı: Dəlisov rəqabət var idi
20.02.2012 - 12:01
Anatoli Demyanenko “Neftçi”ni yada saldı: Dəlisov rəqabət var idi
“Əlbəttə ki, SSRİ vaxtındakı futbolun nostalji hissləri qalıb. Həmin vaxt çempionatımız Avropanın ən güclülərindən idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Volın” klubunun baş məşqçisi Anatoli Demyanenko deyib.

2008-ci ildə Azərbaycanda çalışıb, “Neftçi”nin baş məşqçisi olan ukraynalı mütəxəssis SSRİ çempionatlarını xatırlayıb.

Demyanenko “ağ-qaralar”la o vaxtkı görüşləri unuda bilmir: “Hamı gücünü tam ortaya qoyurdu. Belə mübarizələrlə həm futbolçular, həm komandalar inkişaf edirdi. Moskva “Spartak”ı, “Neftçi”, Tiflis “Dinamo”su, “Ararat” – hamısı fərqli futbol məktəbləri idi. Dəlisov rəqabət var idi. Hətta “Jalgiris” də gəlib bizi uda bilərdi”.

Qeyd edək ki, Demyanenko uzun illər SSRİ yığması və Kiyev “Dinamo”sunun şərəfini qoruyub.