“Simurq”dan son xəbərdarlıq!
20.02.2012 - 12:25
Litvalı futbolçu Robertas Poşkus “Simurq”un düşərgəsinə qayıtmayıb. Bu haqda apasport.az saytına komandanın icraçı-direktoru Vaqif Əliyev məlumat verib. O bildirib ki, hücumçu ötən həftə geri dönməli idi.
“Robertas yubanmağını yenə ailə problemləri ilə əsaslandırır. Biz onun vəziyyətini başa düşdük, doğulmalı olan uşağı öldüyü üçün vətəninə yollanmağına icazə verdik. Ancaq bu, futbolçumuz uzun müddət komandadan kənarda qalmalı olduğu demək deyil. Yəni belə vəziyyət aylarla çəkə bilməz” – deyə, Əliyev bildirib.
İcraçı-direktor sözlərinə görə, Poşkusa fevralın 26-da düşərgədə olmaqla bağlı xəbərdarlıq edilib: “Bildiyiniz kimi, “Bakı” ilə bugünkü matçımızdan sonra millinin oyunları ilə əlaqədar çempionatda 2 həftə fasilə yaranacaq. Komandamız bundan istifadə edərək, qısa müddətli istirahətə buraxılacaq. Rusiyalı baş məşqçimiz Sergey Yuran da vətəninə yollanacaq və fevralın 25-də Zaqatalada olacaq. Ertəsi isə hazırlığımızı davam etdirəcəyik. Robertasın diqqətinə həmin gün sıralarımıza olmağı çatdırmışıq. Bu, son xəbərdarlıqdır. Əgər həmin vaxt da gəlməsə, haqqında ciddi ölçü götürəcəyik”.
Qeyd edək ki, Poşkus “Simurq”un Antalyadakı təlim-məşq toplanışının sonunda iştirak edərək, ardından yenidən vətəninə yollanıb.
Mehman SÜLEYMANOV

0
0