Sinqapurda Azərbaycanla harada oynayacaqlarını bilmirlər
20.02.2012 - 14:38
Sinqapurda Azərbaycanla harada oynayacaqlarını bilmirlər
Azərbaycan millisinin fevralın 24-də keçirəcəyi yoxlama oyununda rəqibi olan Sinqapurda matçın harada keçiriləcəyini bilmirlər. Apasport.az saytının məlumatına görə, qarşılaşmaya cəmi 4 gün qalsa da, asiyalılar matçın oynanılacağı məkandan xəbərsizdirlər.

Belə ki, bu ölkənin todayonline.com saytı həmin yoxlama və fevralın 29-da İraqla baş tutacaq DÇ-2014-ün seçmə oyunu öncəsi millinin hazırlıqlarına xüsusi yazı həsr edib. Baş məşqçi Radoyko Avramoviçin açıqlamasının da yer aldığı yazıda görüşün Azərbaycanda keçiriləcəyindən dəm vurur.

Dünyadan uzaq olduqları qədər futboldan xəbərsiz olan sinqapurlular yığmalarının sabah Bakıya uçacağını düşünürlər. Hərçənd, qarşılaşma onların “qulağının dibində” - Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.