Nazim Süleymanov: Berti Foqts da mənimlə elə danışdı
20.02.2012 - 14:56
Azərbaycan yığmasının məşqçisi təyin edilən Nazim Süleymanov bu gün almaniyalı çalışdırıcı Berti Foqtsla görüşüb. Bu haqda apasport.az saytına məlumat verən Süleymanov bildirib ki, görüşdə daha çox iş prosesi müzakirə olunub.
“Foqts Dubaydakı təlim-məşq toplanışı haqda məlumat verərək, məni orada məşqçi kimi görmək istədiyini bildirdi. O, məşq prosesi, keçirəcəyimiz yoldaşlıq görüşləri haqda danışdı. Yəni, baş məşqçi köməkçisi ilə necə söhbətləşirsə, Foqts da mənimlə elə danışdı. Dubaydan qayıdandan sonra çempionatda millimizin futbolçuları, namizədlər, yeni oyunçuları izləməyi tapşırdı. Bunları edib, almaniyalı çalışdırıcıya məlumat verəcəyəm”- deyə, Süleymanov bildirib.
O bildirib ki, hələlik AFFA ilə müqavilə imzalamayıb. Buna səbəb isə, assosiasiyanın baş katibi Elxan Məmmədovun ölkədə olmamağıdır: “Foqtsla görüşümdə müqavilə haqda danışmadıq. Anlaşmanın müddəti müqaviləni imzalayacağımız zamanı dəqiqləşəcək. Bu, ya Dubayda, ya da oradan qayıdandan sonra həllini tapacaq”.
Mehman SÜLEYMANOV

0
0