Admir Teli Gürcüstana aparılmır
20.02.2012 - 15:32
“Qarabağ” klubunun futbolçusu Admir Teli şərəfini qoruduğu Albaniya millisinin növbəti oyunundan kənarda qalacaq. Apasport.az saytının məlumatına görə, fevralın 29-da Gürcüstanla qarşılaşacaq albaniyalıların baş məşqçisi Canni de Biazi özünün debüt matçında müdafiəçiyə ehtiyac duymayıb.
Düzdür, Albaniya Futbol Federasiyası baş məşqçinin Tiflisdəki oyun üçün müəyyənləşdirdiyi heyəti hələ rəsmən açıqlamayıb. Lakin alban həmkarlarımız Telinin Tiflis səfərinə getməyəcəyini iddia edir.
Onların fikrincə, Biazi “Qarabağ”ın futbolçusunu millinin əsas oyunçularından biri sayır. Amma yoxlama oyununda ona alternativ ola biləcək namizədləri sınamaq niyyətindədir.

0
0