“Karvan”dan 10-cu qələbə
20.02.2012 - 16:57
Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda XVII turun daha bir oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, səfərdə "Tərəqqi" ilə qarşılaşan "Karvan" rəqibini 2:1 hesabı ilə məğlub edib. Bu, Yevlax təmsilçisinin cari mövsümdə 10-cu qələbəsi olub. Komandasına qələbəni Kənan Kərimov (12-ci səqiqə) və Azər Səfərli, (87-ci dəqiqə) qazandırıb. Gəncəlilərin təsəlli qolunu isə Seymur İbrahimov 90+3-cü dəqiqədə vurub.
| a | Komanda | O | Q | H | M | Qollar | Xallar |
|---|---|---|---|---|---|---|---|
| 1 | Qaradağ Lökbatan | 14 | 12 | 2 | 0 | 30-5 | 38 |
| 2 | Karvan | 14 | 10 | 2 | 2 | 30-13 | 32 |
| 3 | Bakılı | 13 | 6 | 4 | 3 | 21-8 | 22 |
| 4 | Şahdağ | 13 | 7 | 1 | 5 | 23-17 | 22 |
| 5 | Neftçala | 14 | 5 | 6 | 3 | 17-13 | 21 |
| 6 | Lokomotiv | 14 | 6 | 3 | 5 | 15-15 | 21 |
| 7 | MKT Araz | 13 | 6 | 1 | 6 | 17-25 | 19 |
| 8 | Şəmkir | 13 | 5 | 3 | 5 | 17-12 | 18 |
| 9 | Tərəqqi | 14 | 5 | 3 | 6 | 14-13 | 18 |
| 10 | Energetik | 14 | 4 | 4 | 6 | 9-19 | 16 |
| 11 | MOİK | 14 | 4 | 2 | 8 | 17-20 | 14 |
| 12 | Muğan | 13 | 3 | 1 | 9 | 8-29 | 10 |
| 13 | Şuşa | 14 | 2 | 3 | 9 | 5-13 | 9 |
| 14 | Göyəzən | 13 | 1 | 3 | 9 | 9-30 | 6 |
0
0