Liderlər qələbə qazandı, AZAL büdrədi
20.02.2012 - 17:09
Liderlər qələbə qazandı, AZAL büdrədi
Əvəzedici heyətlərin Azərbaycan çempionatında XXI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son günü liderlər üçün uğurlu alınıb. Növbəti qələbələrini qazanan “Neftçi” və “Qəbələ” izləyiciləri ilə xal fərqini bir az da artırıb. Bunda 3-cü pilləyə yüksəlmək imkanı olan AZAL-ın öz meydanında uduzmağı səbəb olub.

"Qəbələ" - "Xəzər Lənkəran" - 1:0
Amil Yunanov, 85

AZAL - "Turan" - 1:2
Əlimirzə Daşzərini, 90+3 - Azad Böyükkişiyev, 1; Tuqay Alhüseynli, 42

"Neftçi" - "Rəvan" - 4:2
Rüfət Muradov, 43 (ö.q.); İlham Allahverdiyev, 55; Elşən Abdullayev, 65; Məqsəd İsayev, 68 - Rüfət Cəlilov, 83; Taleh Məqsədli, 90

Komanda O Q H M Qollar Xallar
1 "Neftçi" 20 14 4 2 53-25 46
2 "Qəbələ" 20 11 5 4 25-18 38
3 "İnter" 20 9 3 8 25-20 30
4 AZAL 20 9 3 8 35-25 30
5 "Simurq" 20 8 5 7 29-32 29
6 "Kəpəz" 20 7 6 7 29-27 27
7 "Turan" 20 6 7 7 27-32 25
8 "Bakı" 20 7 3 10 38-38 24
9 "Qarabağ" 20 7 3 10 26-32 24
10 "Xəzər Lənkəran" 20 6 3 11 21-33 21
11 "Sumqayıt" 20 5 6 9 27-38 21
12 "Rəvan" 20 4 6 10 24-39 18