Rauf Mehdiyev: Bu, onlar üçün son şansdır
20.02.2012 - 17:49
Rauf Mehdiyev: Bu, onlar üçün son şansdır
“Hər oyunda olduğu kimi, bu dəfə də meydana qələbə üçün çıxacağıq. Əlverişsiz hava şəraiti səbəbindən stadionun ot örtüyü ağırlaşıb. İnanıram ki, havanın soyuq olmasına baxmayaraq, azarkeşlərimiz bizi tək qoymayacaq”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin qapıçısı Rauf Mehdiyev deyib.

O, Premyer Liqanın XXI turunda qarşılaşacaqları “Rəvan”la oyun barədə fikirlərini açıqlayıb. Mehdiyev klubunun rəsmi saytına bildirib ki, məşqçilər heyəti hesabat turunda olduğu kimi, yenə ona güvənərlərsə, komandasına kömək etməyə hazırdır: “Rəqibimiz çempionatın debütantı olsa da, “altılığ”a düşmək imkanını saxlayır. Bu, onlar üçün son şansdır və ona görə də axıra kimi mübarizə aparacaqlar. Bu baxımdan da düşünürəm ki, gərgin və maraqlı qarşılaşma olacaq”.

Qeyd edək ki, “Neftçi” – “Rəvan” matçı sabah keçiriləcək.