“Kaş meydançanın vəziyyətini siz də görərdiniz...”
21.02.2012 - 00:01
“Qəbələ” ilə oyunun keçiriləcəyi meydançanın vəziyyəti yaxşı deyil”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçər deyib.
Cənub təmsilçisi Premyer Liqanın XXI turunda qonaq olacaq Qəbələdə dünən məşqə çıxıb. Biçər matçın keçiriləcəyi Böyük Əmili kəndindəki meydançanın vəziyyətindən gileylənib: “Kaş meydançanın vəziyyətini siz də görərdiniz... Qazon sintetikdir, ancaq yaxşı vəziyyətdə deyil. Hər halda, sonda bir nəticə olacaq - ya yaxşı, ya da pis. İstənilən çətinliyə baxmayaraq, oynayacağıq. Meydana qələbə üçün çıxacağıq. Sadəcə, belə meydanda futbol oynamaq münasib deyil”.
Güclü rəqiblə görüşəcəklərini bildirən türkiyəli çalışdırıcı “altılığ”a qədər qalan 3 oyunu səfərdə keçirməli olacaqlarına da toxunub: “Qəbələ” “altılığ”a vəsiqə verən yerdədirsə, deməli, yaxşı komandadır. Ona indiki yerinə görə zəif demək düzgün olmazdı. Mən “Qəbələ”nin oyununu hələ Antalyada təlim-məşq toplanışında görmüşəm. Həmin vaxt yoxlama görüşlərini izləmək imkanım olmuşdu. Güclü rəqibdir. Son 3 oyunu səfərdə keçirməyimizə gəlincə, burada qeyri-adi bir şey yoxdur. Təqvimə görə belə qrafik alındı və “Qəbələ”dən sonra “Sumqayıt” və “Turan”ın qonağı olacağıq. Biz buna hazırıq”.
Biçər xüsusi təqdimata ehtiyac görmədiyi “Qəbələ”ni hələ “Bakı”nı çalışdırdığı vaxtdan yaxşı tanıyır. Özü də Premyer Liqada hələlik yeganə məğlubiyyətini Qəbələdə alan gənc məşqçi 2 il öncəni xatırlayıb, xal itkisinə üzüldü: “Həmin oyunun sonunda şanssız bir qol buraxaraq, uduzduq. Cavab qolunu vurub, məğlubiyyətdən qaça bilsəydik, həmin 1 xal bizi sonda çempion edəcəkdi. “Qəbələ” ilə Bakıdakı görüşdə isə hesabı biz açsaq da, sonda buraxdığımız qolla qələbəni əldən verdik. Halbuki, onda qələbəyə layiq idik. Ancaq çoxlu qol imkanlarından istifadə edə bilmədik. Bunlar artıq tarixdə qalıb və indi önümüzə baxaraq, yaxşı nəticə qazanmağa çalışacağıq”.
“Qəbələ”ni Biçərin həmyerlisi – Fatih Kavlak çalışdırdığından, “Xəzər Lənkəran”la duelə Türkiyə derbisi kimi qələmə vermək olar. Hər halda, onların Premyer Liqanın ən gənc çalışdırıcıları olmağı mübarizəyə əlavə rəng qatır: “Bu fikrinizlə razıyam. Azərbaycan çempionatında ən gənc baş məşqçilərin görüşməyi oyuna gözəl rəng qatır. Matça Türkiyə derbisi kimi baxılmağına gəlincə, bu, sizin dəyərləndirmənizdir”.
Qeyd edək ki, “Xəzər Lənkəran” Biçərin rəhbərliyi altında keçirdiyi 4 oyunda uduzmayaraq, 3-də qalib gəlib, 1-də qolsuz bərabərliyə qalıb.

0
0