Rendal Brenes start heyətində?
20.02.2012 - 20:05
“Xəzər Lənkəran”ın yeni transferi Rendal Brenes Azərbaycan Premyer Liqasında debüt etməyə hazırdır. Bu barədə apasport.az saytına “ağ-yaşıllar”ın baş məşqçisi Cüneyt Biçər məlumat verib.
Türkiyəli çalışdırıcı qış fasiləsində transfer etdikləri Kosta-Rika yığmasının hücumçusunun hazırlıq səviyyəsindən razıdır. Legioner ötən tur AZAL-la ev oyununun hətta ehtiyatda yer almadı ki, bu da transfer vərəqinin gəlməməyi ilə bağlıdır: “Rendalın oynamağı baxımından heç bir problem yoxdur. Onun meydana çıxması oyun günü bilinəcək. İndidən onu deyə bilərəm ki, Brenesin adını matçın 18 nəfərlik iştirak ərizəsinə daxil edəcəyik”.

0
0