Qəbələdə Türkiyə derbisi!
20.02.2012 - 21:19
Sabah Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində türkiyəli baş məşqçilərin dueli olacaq. Apasport.az saytının məlumatına görə, Qəbələnin Böyük Əmili kənd stadionunda saat 14:00-da başlayacaq “Qəbələ” – “Xəzər Lənkəran” matçında Fatih Kavlakla Cüneyt Biçər Türkiyə derbisini təşkil edəcəklər.
Onların təkcə həmyerli yox, eyni zamanda cari mövsümdə ən gənc baş məşqçilər olmağı görüşə marağı artırır. Yeri gəlmişkən, 38 yaşlı Kavlak Biçərdən 1 yaş böyükdür.
Hər 2 türkiyəlini birləşdirən yetərincə məqamlar var. Yəni onların ikisi də ölkəmizə 2009-cu ildə gəlib və artıq 2-ci klubumuzda çalışırlar. 2009/10 mövsümündə Kavlak “Qarabağ”a, Biçər “Bakı”ya gəlmişdi. Birinci Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun köməkçisi idisə, ikinci paytaxt təmsilçisində uşaq futbolu üzrə koordinator idi.
İkisi də həmin mövsümdən sonra klublarla yollarını ayırası oldular. Belə ki, Kavlak “Qəbələ”nin baş məşqçisi təyin edilən məşhur ingilis Toni Adamsın dəvətini qəbul edərək, onun köməkçisi oldu. Biçər isə həmin mövsümün sonunda Premyer Liqamızın gümüş medalı və ölkə kubokunu qazandırdığı “Bakı”dan gedərək, vətəninə qayıtdı və Bank Asiya I divizion təmsilçisi “Altay”da köməkçi məşqçi işlədi.
Türkiyəli çalışdırıcıların hər ikisi cari mövsümün, daha doğrusu, II dövrənin əvvəlində baş məşqçi postuna keçdilər. Yəni Kavlak Adamsın, Biçər isə rumıniyalı baş məşqçi Mirça Rednikin istefasından sonra öz komandalarının “sükanı arxası”na gətirildi. Bu yerdə qeyd edək ki, Biçər ötən yay ölkəmizə “Xəzər Lənkəran”ın dəvəti ilə qayıdaraq, bu klubda da fəaliyyətə uşaq futbolu üzrə koordinator kimi başladı.
O, həmyerlisindən fərqli, bunadək Azərbaycanda baş məşqçi kimi çalışdığından, sabahkı rəqibi ilə görüşüb. Bu, 2009/10 mövsümünün “altılığ”ına aiddir. Özü də maraqlıdır ki, məşhur həmyerlisi Bülənt Korkmazın istefasından sonra “Bakı”nın baş məşqçi postu tapşırılan Biçər debütdə məhz “Qəbələ” ilə üzləşmişdi. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən həmin matçda hesabda irəlidə olan “zolaqlılar” sona yaxın buraxdığı qolla qələbəni əldən vermişdi – 1:1. “Bakı” “Qəbələ” ilə səfər matçında isə sona yaxın buraxdığı qolla uduzmuşdu – 0:1. Yəni Biçər qəbələlilərlə həmin vaxt dueldə 2 oyuna 1 xal toplamışdı.
Maraqlısı odur ki, Biçərin Premyer Liqamızda yeganə məğlubiyyəti məhz səfərdə “Qəbələ”dən alıb. Həmin vaxt “altılıq”da “Bakı” ilə başqa məğlubiyyəti olmayan türkiyəli çalışdırıcı “Xəzər Lənkəran”ı çıxardığı 4 matçda uduzmayıb – 3 qələbə, 1 heç-heçə. Biçərin ölkəmizdə ümumi məğlubiyyətləri isə 2-dir ki, bunun digəri “İnter”lə ölkə kubokunun ilk yarımfinal oyununa təsadüf edir. Respublika stadionundakı matç “Bakı”nın 0:1 hesablı məğlubiyyəti ilə nəticələnmişdi. Ancaq “zolaqlılar” “Şəfa” stadionunda cavab oyununda 3:1 hesabı ilə qalib gələrək finala çıxmış və orada da “Xəzər Lənkəran”ı yenərək, ölkə kubokunu qazanmışdı.
Qeyd edək ki, Kavlakın məşqçisi olduğu “Qarabağ”la “Qəbələ” “Xəzər Lənkəran”la indiyə kimi 5 dəfə görüşüb. Maraqlıdır ki, onun vaxtında bu komandalar lənkəranlılara hər 2 ev oyununda qələbəni bayram edib. Bu, Ağdamda 2:1, Qəbələdə 1:0 hesabı ilə olub. Ancaq səfər matçlarının hər 3-ü məğlubiyyətlə nəticələnib - 2 dəfə 1:2, 1 dəfə 0:1.
Mehman SÜLEYMANOV

0
0