Azərbaycan – İslandiya matçının hakimləri bəlli oldu
20.02.2012 - 18:24
Azərbaycan – İslandiya matçının hakimləri bəlli oldu
21 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatının seçmə mərhələsində, fevralın 29-da keçiriləcək Azərbaycan – İslandiya oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, saat 18:00-da “Dalğa Arena” baş tutacaq görüş Emir Alekoviçin başçılıq etdiyi Bosniya və Herseqovinadan hakimlərə tapşırılıb. Ona həmyerliləri Senad İbrisimbeqoviç, Darko Obradovi və Momir Sirko yardımçı olacaq.

Mənbə: affa.az