“Sumqayıt” uduzur, baş məşqçi komandanı tərifləyir
20.02.2012 - 18:34
“Sumqayıt” uduzur, baş məşqçi komandanı tərifləyir
“İnter”lə oyundan 1 gün öncə “Şəfa” stadionunda məşq etmişdik. Onda meydançanın vəziyyəti yaxşı deyildi. Ancaq bu gün qarı təmizlədiklərindən, qazon oynamağa yararlı idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Sumqayıt”ın baş məşqçisi Bernard Raab deyib.

Debütant Premyer Liqamızda növbəti məğlubiyyətini bu gün “İnter”lə səfər oyununda alıb – 0:2.

Almaniyalı mütəxəssis nəticədən fərqli, yetirmələrinin çıxışından narazı qalmayıb: “İnter” təcrübəli komandadır. Onlar bugünkü matçda bunu göstərdilər. Buraxdığımız 2 səhvdən istifadə edərək, qol vurub, qalib gəldilər. Məğlubiyyətə baxmayaraq, futbolçularımı tərifləməyə bilmirəm. Onların oyunundan haradasa razı qaldım”.