Sxadadze: “Sumqayıt” təcrübəsiz komandadır
20.02.2012 - 18:43
“Sumqayıt”la oyunda komandamdan razı qaldım. Bu gün vacib olan qələbəni qazandıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib. “Bankirlər” Premyer Liqanın XXI turunda evdə “Sumqayıt”a 2:0 hesabı ilə qalib gələrək, liderliyə yüksəldi.
Sxadadzeni hesabı açdıqlarından 1 dəqiqə sonra futbolçusu Arif Daşdəmirovun qırmızı vərəqə almağına baxmayaraq, komandasının “sınmamağı” sevindirir: “Sözsüz ki, qırmızı vərəqə oyuna təsirini göstərdi. Bundan sonra meydanda taktiki planda yerdəyişmələr etməli olduq. Ancaq komandamız azlıqda qalmağına baxmayaraq, sona kimi mübarizə apardı və daha 1 qol vura bildik. Onun belə əzmkar oyunu məni razı saldı. Matçda 2 dəfə yerdəyişmələr etməyimizə baxmayaraq, futbolçularımız sona kimi düzgün oynadılar. Əsas odur ki, səhv etmədik, qapımızdan qol buraxmadıq”.
Gürcü çalışdırıcı Premyer Liqada debüt mövsümünü keçirən rəqibə ruhdan düşməməyi tövsiyə edib: “Sumqayıt” gənc komandadır, heyəti əsasən gənc futbolçulardan təşkil olunub. Onlar Azərbaycan futbolunun gələcəyidirlər. Sadəcə, hələ ki təcrübələrinin yetərli olmamağı sözünü deyir”.

0
0