Aleksandr Starkovun qələbə şərhi
20.02.2012 - 19:08
“Oyunda ilk qolu tez vurduq, çoxlu qol imkanlarımız olmadı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın baş məşqçisi Aleksandr Starkov deyib. Latviyalı mütəxəssisin rəhbərlik etdiyi komanda bu il ilk qələbəsini Zaqatalada qazandı. “Simurq”u səfərdə 2:0 hesabı yenməklə, vacib 3 xal qazanan “zolaqlılar” bununla da “altılığ”a düşməyini böyük ölçüdə həll etdi.
Starkov sloveniyalı futbolçusu Lukas Xorvatın qırmızı vərəqə aldığı meydandan çıxarıldığı 2-ci hissədə komandasının çıxışından daha razı qalıb: “Oyun gərgin məcrada keçdi, ikinci hissədə futbolçumuz qırmızı vərəqə aldı. Bundan sonra isə komandamız ikinci dəfə fərqlənə bildi. İkinci hissədə oyunumuz daha keyfiyyətli alındı. Layiqli qələbə qazandıq”.
Qeyd edək ki, “Bakı” 2-ci qolu azlıqda qalandan sonra vura bilib.

0
0