“Bakı”nın ispaniyalı legioneri: Bu qələbə bizə lazım idi
21.02.2012 - 10:34
“Bakı”nın ispaniyalı legioneri: Bu qələbə bizə lazım idi
“Qarabağ”a məğlubiyyətdən sonra bu qələbə bizə lazım idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun futbolçusu Koke deyib.

Paytaxt təmsilçisinin ispaniyalı legioneri Premyer Liqanın XXI turunun “Simurq”la qarşılaşması haqda fikirlərini bildirib: “Rəqib çətin olsa da, qalib gəlməyi bacardıq. Biz bu qələbəyə sevindik”.

Qeyd edək ki, Koke 2:0 hesabı ilə bitən görüşdə Azərbaycandakı ilk qolunu vurub.