AZAL qol silahını itirdi
21.02.2012 - 10:53
“Xəzər Lənkəran”la görüşdəki məğlubiyyəti unutmuşuq. Düşərgədə ab-hava yaxşıdır. Uşaqlar oyuna tam hazırdır”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın baş məşqçisi Rafiq Mirzəyev deyib.
Bu gün Premyer Liqanın XXI turu çərçivəsində “Turan”ı qəbul edəcək paytaxt təmsilçisi hazırlığını başa çatdırıb. Qış fasiləsindən sonra “Xəzər Lənkəran”la dueldən məğlub ayrılan paytaxt təmsilçisi “Turan”la görüşdə bunu unutdurmaq istəyir. AZAL-ın baş məşqçisi məqsədlərinin ancaq qələbə qazanmaq olduğunu vurğulayıb.
Lakin Mirzəyev bu dəfə bütün futbolçuların xidmətindən istifadə edə bilməyəcək. Belə ki, mütəxəssis rəqib müdafiəsinə başağrısı olan Tales Sützün yoxluğundan narahatdır: “Şütz oyunu buraxacaq. O, 4-cü sarı vərəqə alıb və cəzalıdır. Təbii ki, onun yoxluğunda digər futbolçuların xidmətindən istifadə edəcəyik”.
Mirzəyev rəqib komandanı təhlil etdiklərini, oyunun heç də asan keçməyəcəyini vurğulayıb: “Rəqibi yaxşı tanıyırıq. Onlar çempionatda qalmaq üçün, biz isə ilk “altılığ”a düşmək üçün xal almağa çalışacağıq. Ona görə də oyun asan məcrada keçməyəcək”.
Qeyd edək ki, bu gün “AZAL-Arena”da baş tutacaq AZAL – “Turan” matçı saat 14:00-da başlayacaq.

0
0