Azərbaycan – İslandiya oyunu məhsuldar keçəcək
21.02.2012 - 11:32
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – İslandiya oyununun hakimi olacaq Bosniya və herseqovinalı Emir Alekoviç o qədər də zəngin təcrübəyə malik deyil. Apasport.az saytının xəbərinə görə, 33 yaşlı ədalət təmsilçisi yalnız 2010-cu ildən UEFA-dan nadir hallarda təyinat alır.
Alekoviç arxada qalan 2 ildə cəmi 7 beynəlxalq matçda iş başında olub. Bunların 4-ü 2010, 3-ü 2011-ci ilə təsadüf edib ki, o, bu matçlarda 28 qol qeydə alıb. Bosniyalının San-Marino və Şimali İrlandiyanın U-21-ləri arasındakı matça təsadüf edən debütü qonaqların 3:0 hesablı qələbəsi ilə əlamətdar olmuşdu. Ardınca Avroliqanın “Qrevenmaher” (Lüksemburq) – “Dandalk” (İrlandiya) qarşılaşmasında isə həm meydan sahibləri, həm də qonaqlar 3 qol vurub – 3:3. Ardınca U-17-lərin seçmə mərhələsinə yollanan hakim Malta – Albaniya (1:1) və Norveç – Malta (3:0) qarşılaşmalarında üst-üstə 5 qol gördü.
2011-ci ilə də şimali irlandiyalılarla başlayan Alekoviç bu ölkənin ifasında növbəti qol yağışı gördü. Bu dəfə əsas yığma evdə Farer adalarına 4 cavabsız qol vurmuşdu. Avroliqanın 2 matçına təyinat alan hakim Malta “Floriana”sının Kipr AEK-i ilə oyununda qol qeydə almaqdan lap yorulubmuş. Həmin matçda səfərdə oynayan kiprlilər qalib gəlmişdi – 8:0. Bundan sonra İrlandiya təmsilçisi “Sliqo”nun Ukrayna “Vorskla”sı ilə görüşündə fit çalan bosniyalı yenə qonaqların qələbəsini qeydə alıb – 2:0.
Ümumilikdə, 7 oyundan ikisini 1 ölkədə keçirilən mini-turnir olduğunu nəzərə alsaq, digər 5 matçdan 3-də qonaqlar, 1-də meydan sahibləri qalib gəlib. Penalti təyin etməyib, qırmızı vərəqə göstərməyən ədalət təmsilçisi meydan sahiblərinin 7, qonaqların 16 qolunu görüb. Digər 5 qol isə U-17-lərin turnirində vurulub.
Qeyd edək ki, Azərbaycan – İslandiya oyunu fevralın 29-da Bakıda keçiriləcək.

0
0