“Topaz”la Çempionlar Liqasının həyəcanına qoşul!
21.02.2012 - 11:43
“Topaz”la  Çempionlar Liqasının həyəcanına qoşul!
“Topaz” günün proqramını açıqlayıb. Apasport.az saytının məlumatına görə, proqnozsevərlər gün ərzində Çempionlar Liqasının 1/8 final mərhələsinin “Napoli” – “Çelsi” arasındakı ilk görüşünə təkli matç kimi pul qoyuluşu edə bilərlər.

“Topaz” proqramında həmçinin, Çempionlar Liqasının digər oyunu ÇSKA (Moskva) - Real (Madrid) və İtaliya A Seriyasından “Bolonya” – “Fiorentina” qarşılaşmaları ikili oyunlar kimi göstərilib.

Bundan əlavə, “Topaz” daha 37 ekspress oyun təklif edir. Proqrama daxil olan ekspress oyunlar əsasən Çempionlar Liqası, Azərbaycan Premyer Liqası, İtaliya Seriya A Liqası, İngiltərə Çempionlar Liqası, İngiltərə 1-ci Liqası və Libertadores Kubokunda keçiriləcək.

Xatırladırıq ki, “Topaz”da mərcin minimal məbləği cəmi 1 manat təşkil edir. Azərbaycanda ilk qanuni idman mərc oyunu olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir. “Topaz” iştirakçıları yalnız 2012-ci ildə 3 500 000 manatdan artıq uduşa sahib olublar.

“Topaz” 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.