Sinqapur millisi yığmamızla oyuna itkilərlə hazırlaşır
21.02.2012 - 11:53
Fevralın 24-də millimizlə yoldaşlıq oyunu keçirəcək Sinqapur yığması itkilərlə üzləşib. Apasport.az saytının məlumatına görə, Asiya təmsilçisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki qarşılaşmada 4 oyunçusunun xidmətindən yararlana bilməyəcək.
Bunlar Haris Harun, Safuvan Baharudin, Şakir Həmzə və Yasir Hanapidir. Həmin futbolçulardan üçü millimizlə qarşılaşmanın ardından Sinqapur yığmasına qoşulmaq imkanı əldə edəcək. Haris isə təkcə bu yoxlama oyununda deyil, həm də fevralın 29-da İraqla keçiriləcək DÇ-2014-ün seçmə matçından da kənarda qalacaq.
Bundan başqa, Juma at Yantan və İzvan Mahbud zədə səbəbindən millidə olmayacaq. Bütün bunlar isə o deməkdir ki, millimizin rəqibi qarşılaşmaya 16 sahə oyunçusu və 3 qapıçı ilə hazırlaşır.

0
0