AFFA rəsmiləri Gürcüstanda
21.02.2012 - 12:48
AFFA rəsmiləri Gürcüstanda
Fevralın 22-23-də UEFA tərəfindən təşkil olunmuş “Financial Fair Play İT” təqdimat keçiriləcək. Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycanı AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbər müavini İlqar Əliyev və Lisenziyalaşdırma Qrupunun Maliyyə və Kadr-İnzibati meyarları üzrə eksperti Bəhram Dadaşov təmsil edəcək. Onların hər ikisi Gürcüstanın paytaxtı Tiflisdə baş tutacaq təqdimata qatılacaq.

Mənbə: affa.az