“Azərbaycanla görüş beynəlxalq oyun kimi tanınmır”
21.02.2012 - 13:11
“Mənə qarşıdakı yoxlama oyununu buraxacağımı dedilər. Çünki Azərbaycanla görüş beynəlxalq oyun kimi tanınmır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Sinqapur millisinin futbolçusu Safuvan Baharudin deyib.
İndiyədək millidə 13 oyun keçirən 21 yaşlı müdafiəçi bu nəhs rəqəmi Azərbaycanla fevralın 24-də keçiriləcək yoxlama matçında arxada qoya bilməyəcək. Çünki onun çıxış etdiyi “Sinqapur Lions XII” komandası Safuvanı yığmanın düşərgəsinə buraxmaqdan imtina edib. Səbəb isə matçın FİFA pəncərəsinə daxil olmamağıdır: “Bu durum faciəvidir. Baş məşqçimiz deyib ki, İraqa qarşı seçmə oyunun start heyəti Azərbaycanla matçda meydana çıxanlardan təşkil olunacaq. Bu isə bizim indidən ehtiyatda qalacağımızdan xəbər verir”.

0
0