3 “futbolçumuz” Albaniya millisinə çağırıldı
21.02.2012 - 14:40
3 “futbolçumuz” Albaniya millisinə çağırıldı
Fevralın 29-da Gürcüstan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Albaniya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, italiyalı baş məşqçi Canni de Biazi özü üçün debüt qarşılaşmasına Azərbaycan Premyer Liqasında çıxış edən 3 futbolçunu da çağırıb. Yığmasının aparıcı üzvü olan “Qarabağ”ın üzvü Ansi Aqolli ilə yanaşı millidən mütəmadi dəvət alan AZAL-ın yarımmüdafiəçisi Ervin Bullku da baş məşqçinin diqqətindən kənar qalmayıb. Son vaxtlar yığma məşqçilərinin unutduğu “Xəzər Lənkəran”ın müdafiəçisi Elvin Beçiri də bu dəfəki heyətdə yer alıb. “Qarabağ”ın digər müdafiəçisi Admir Teli isə yığmasının son oyunlarının daimi iştirakçısı olsa da Tiflisdəki qarşılaşmada forma geyməyəcək. Düzdür. Onun adı ilkin siyahıya daxil edilmişdi. Lakin sonradan baş məşqçi onun yerinə daha gənc oyunçu çağırmağa qərar verib.