Nadir Nəbiyevin çiyini qırıldı
21.02.2012 - 15:19
Nadir Nəbiyevin çiyini qırıldı
“Turan” klubunun hücumçusu Nadir Nəbiyev AZAL-la bugünkü qarşılaşmada zədələnib. Apasport.az saytının xəbərinə görə, ilk yarının sonlarında zədələnən futbolçu paltardəyişmə otağına xərəkdə aparılıb. Onun sol çiyninin qırıldığı bildirilir.

Futbolçu təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.