Mahir Şükürovla Kamran Ağayev əlbəyaxa olacaqdı
21.02.2012 - 16:23
Mahir Şükürovla Kamran Ağayev əlbəyaxa olacaqdı
Azərbaycan Premyer Liqasının XXII turunda “Qəbələ” – “Xəzər Lənkəran” oyunundan sonra qalmaqal düşüb. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin kapitanı Mahir Şükürovla qonaqların qapıçısı Kamran Ağayev az qala dalaşacaqlarmış.

Belə ki, futbolçuların oyundan sonra sözləri çəp gəlib. Ancaq komanda yoldaşlarının vaxtında müdaxiləsi nəticəsində bunun qarşısı alınıb və Mahirlər Kamranı bir-birindən ayırmaq mümkün olub.

Qeyd edək ki, Ağayev soyuqladığı üçün matçı ehtiyat oyunçular skamyasından keçirib, Şükürov isə komandasının 2:1 hesabı ilə qalib gəldiyi matçda 90 dəqiqə oynayıb.