“Xəzər Lənkəran”la şəxsi oyunlarda geriliyi aradan qaldırdıq”
21.02.2012 - 16:40
“Meydana qələbə üçün çıxmışdıq. Sevinirəm ki, sonda buna nail olduq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak deyib.
“Qəbələ” türkiyəli çalışdırıcının rəhbərliyi altında Premyer Liqanın XXI turunda bu gün evdə “Xəzər Lənkəran” üzərində əzmkar qələbə qazandı – 2:1.
Kavlak nəticə ilə yanaşı, komandasının oyunundan razı qalıb: “Sürətli bir matç oldu. Oyun yüksək tempdə keçdi. Rəqibimiz hücum futbolu oynayan komandadır. Fikrimcə, azarkeşlər bu gün zövqlü bir matç izlədilər. Komandamız gözəl oyun nümayiş etdirdi. Xüsusilə, ikinci hissədə daha yaxşı təsir bağışladıq. Hesabda geri düşsək də, hələ fasiləyə kimi tarazlığı bərpa edə bildik. İkinci hissədə oyunu daha çox hücumda keçirdik və tempi artıraraq, sonda qələbə topunu vura bildik. Qalib gəldiyimiz üçün sevincliyik”.
Layiqli qələbə qazandıqlarını düşünən Kavlakın əvəzetməsi uğurlu oldu. Belə ki, onun meydana sonradan buraxdığı yamaykalı hücumçu Deon Barton 2-ci uzatma dəqiqəsində qələbə topunu bura bildi: “Nəticəni əvəzetməmlə əlaqələndirməzdim. Sadəcə, komandamız sona kimi mübarizə apararaq, 3 xalı əldə etdi. Biz bu qələbəni çox istəyirdik. Çünki bizə 3 xal çox lazım idi. Həm “altılığ”a vəsiqəni rəsmiləşdirmək baxımından irəliyə doğru böyük addım atdıq, həm də rəqiblərimizdən birinə yaxınlaşaraq, xal fərqini azaltdıq. Bununla, eyni zamanda “Xəzər Lənkəran”la şəxsi oyunlarda geriliyi də aradan qaldırdıq. Biz bununla kifayətlənməyərək, qələbə seriyamızı davam etdirməyə çalışacağıq. Əsas oyunlar “altılıq”da olacaq və inşallah, həmin matçlarda da uğurlu çıxış edərik”.
Qeyd edək ki, “Qəbələ”də ilk dövrədə “Xəzər Lənkəran”a səfərdə eyni – 1:2 hesabı ilə uduzmuşdu.
Mehman SÜLEYMANOV

0
0