Rafiq Mirzəyev AZAL-dan narazı qaldı
21.02.2012 - 16:47
“Komandamızın qələbə qazanmasına baxmayaraq, oyundan narazı qaldım. İlk hissədə hesabı açandan sonra sürəti artırmalı idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Rafiq Mirzəyev deyib.
Çalışdırıcı Premyer Liqanın XXI turunun “Turan”la oyunu haqda fikirlərini açıqlayıb: “Sürəti artırmaq əvəzinə futbolçularımız arxaya oturdular və qapımızda qol gördük. İkinci hissədə isə sürəti artıran kimi istəyimizə çatıb 2 qol vurduq. Amma sonda yenə qol buraxdıq. Belə səhvlər etmək olmaz. Ona görə də “Xəzər Lənkəran”a uduzduğumuz oyundan razı qalmışdım, bu dəfə isə yox”.
Qeyd edək ki, AZAL “Turan”la oyunda 3:2 hesabı ilə qalib gəlib.

0
0