Əsgər Abdullayev: Komanda 70-ci dəqiqədə “oturdu”
21.02.2012 - 16:53
Əsgər Abdullayev: Komanda 70-ci dəqiqədə “oturdu”
“Turan”ın indiki heyəti cəmi 10 günün komandasıdır. Ona görə də yaxşı oynadılar. Hər hansı pis fikir deyə bilmərəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.

Təcrübəli mütəxəssis Premyer Liqanın XXI turunun AZAL-la oyunu haqda fikirlərini bildirərək, 2:3 hesablı məğlubiyyətini səbəbini açıqlayıb: “Lakin matçın 70-ci dəqiqəsində komanda “oturdu”. Bu da fiziki hazırlığın aşağı olması ilə bağlıdır. Bunun üzərində çalışacağıq. Qarşıda vaxtımız var çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.