Rəşad Sadıqov: Görək, başımıza nə iş gəlir
21.02.2012 - 18:00
“Qarabağ” klubunun və Azərbaycan millisinin müdafiəçisi Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi
- Komandanız bu il çempionata ardıcıl 2 qələbəylə başlayaraq, artıq “altılığ”a vəsiqəni rəsmiləşdirdi. Belə uğurlu startı nə ilə izah edərdiniz?
- Qış fasiləsində Antalyada yaxşı təlim-məşq toplanışı keçmişik və bütün gücümüzü çempionata yönəltmişik. Yaxşı hazırlığın nəticəsini görürük. Hər bir qələbənin öz çətinlikləri var.
- Hamı səbirsizliklə “altılıq” oyunlarını gözləyir. Gələn ay start götürəcək həlledici mərhələ barədə nə deyə bilərsiniz?
- İlk məqsədimiz “altılığ”a vəsiqəni təmin etmək idi ki, buna da nail olduq. Qarşıda hələ 2 tur var. Bundan sonra fikrimizi “altılığ”a yönəldə bilərik.
- Əvvəl “qızıl xallar” olduğundan, ilk “altılığ”a düşməyən komandalarla oyunlar vacib deyildi. Çünki yalnız ilk 6 pillədə yer alan komandaların öz aralarındakı oyunlarında nəticələr nəzərə alınırdı. Ancaq ilkin mərhələdən sonra bütün xallar qaldığından, xal itkisi yolverilməzdir...
- Elədir. Bizi “altılığ”adək AZAL və “Simurq”la çətin sınaq gözləyir. Həmin matçlarda qalib gəlməliyik. Hər ikisi yaxşı komanda olduğundan, qarşılaşmalar keçəcək.
- Hazırda lider “Neftçi”dən 8 xal geri qalırsınız. Bu, xal fərqini aradan qaldırmaq perspektivini necə görürsünüz?
- Özünüz də görürsünüz ki, ilk turlarda rəqiblərimiz xal itirmədi. Bu səbəbdən xal fərqini azalda bilmədik. Ancaq buna baxmayaraq, öz oyunumuzu göstərməliyik. Maksimum çalışmalı, rəqiblərə fikir verməmək lazımdır. Allahın köməyi ilə rəqiblərə çata, kimisə keçə bilərik. İstənilən halda, mübarizəni sona kimi davam etdirməliyik.
- “Altılıq”da rəqiblərinizin hər biri ilə 2 dəfə görüşüb, xal fərqini aradan qaldıra bilərsiniz. Yəni, hər şey öz əlinizdə olduğundan, hələ heç nə itirilməyib...
- “Altılıq”da qələbə qazanmaq çətindir. Orada maksimum 3-4 qələbə qazanırsan. Ona görə rəqiblərimiz “altılığ”a qədər xal itirsəydi, daha yaxşı olardı.
- Cari mövsüm komandanızdan çempionluq gözlənilirdi. Arada olan xal fərqinə görə, çempionluğa real baxırsınız?
- Bizdə mövsümün əvvəlində əsas məqsəd çempionluq idisə, indi rəhbərlik və məşqçilər korpusunun qarşıya qoyduğu vəzifə Avroliqaya düşməkdir. Bu da ilk dövrədə çox xal itkisi ilə əlaqələndirilir. Çox geri qaldığımızdan, indi qarşımıza böyük məqsədlər qoymuruq. Yəni mümkün olan məqsədləri qoyuruq ki, buna nail olaq, heç olmasa Avroliqaya düşək. Bu üzdən çempionluq çətin görünür. Görək, başımıza nə iş gəlir.
- Avroliqaya düşəcəyi real görünən “Qarabağ” son illərdə bürünc medalçı olur. Qızıl olmasa belə, medal əyarını daha yaxşılaşdırıb, gümüş mükafat qazana bilərsiniz?
- Gümüş bürüncdən daha dəyərlidir. Ancaq hazırda əsas fikirləşdiyimiz ilk “üçlüy”ə, mükafatçılar sırasına düşməkdir.
- Premyer Liqada yığmamızın oyunları ilə əlaqədar martın 3-dək fasilə olacaq. Bu müddətdə milli komanda Dubayda təlim-məşq toplanışı olacaq. Bu ildə ilk hazırlıq prosesindən nə gözləyirsiniz?
- Dubay toplanışı millimizin bu il ilk hazırlıq prosesidir. İlin əvvəlində istər-istəməz futbolçular optimal formada deyil. Bu mənada toplanışda 3 yoxlama oyunu keçirməyimiz yaxşı oldu. Bununla, yenidən millinin ab-havasını hiss etmək imkanımız olacaq. Bir daha yığmanın oyunlarına köklənmək yaxşı oldu. Yəni, Dubay toplanışından səmərəli istifadə etmək lazımdır.
- 5 günə 3 yoldaşlıq görüşü keçirilməlidir. Millimiz bu sıx qrafikdə oynamağa hazır olacaqmı?
- Heyətimiz genişdir. Məşqçilər Dubaya 26 futbolçu aparır. Bu da çox futbolçunu iş başında görmək istəkləri ilə bağlıdır. Məşqlərin öz yeri var, ancaq oyunlar başqadır. Həm də uzun müddətli seçmə mərhələdə zədəlilər, cəzalılar olur. Tək 11 yox, 15-20 futbolçu ilə millinin oyunlarına hazır olmaq lazımdır. Bu mənada yoldaşlıq görüşlərində çox futbolçu çağırılıb, özlərini yaxşı tərəfdən göstərməyə imkan yaradılmağı yaxşı haldır.
- Dubayda Sinqapur, Hindistan, Fələstin yığmaları ilə görüşəcəyik. İndiyə kimi heç oynamadığımız bu rəqiblərə necə yanaşırsınız?
- İndiki durumda gücümüzə görə rəqiblər olduğunu fikirləşirik. Özü də bugünkü gündə rəqiblərin bizim üçün elə də önəmi yoxdur. Bizim üçün əsas odur ki, öz oyunumuza diqqət yetirib, yaxşılaşdıraq. Qarşıdakı seçmə mərhələdə hansı taktikadan, oyun üslubundan istifadə edəcəyik, onları meydançada göstərməliyik. Ən vacibi odur ki, söhbət rəqibdən yox, bizdən gedir. İndi hamı rəqiblərimizdən danışır. Ancaq hazırda hansı rəqiblə oynamağımızın fərqi yoxdur. Çünki əsas seçmə mərhələ matçlarıdır və bugünkü öz oyunumuzu düzəltməliyik, bu haqda fikirləşməliyik.
- Millinin baş məşqçisi Berti Foqtsun açıqladığı 26 nəfərlik siyahıda bir sıra yeni futbolçular yer alıb. Sizin üçün gözlənilməz isimlər oldumu?
- Mənim üçün siyahıda gözlənilməz futbolçu yoxdur. Çünki hamı çempionatda özünü yaxşı tərəfdən göstərir. Görürsən ki, gənclərə də şans verilir. Bundan əlavə, ölkədən kənarda çıxış edən futbolçularımız da sınaqdan keçirilməlidir. Məsələn, Almaniyada oynayan Ufuk Budakın millimizdə çıxışı çox uğurlu alındı. Ola bilər ki, yenə bu futbolçulardan hansısa özünü yaxşı tərəfdən göstərər və fərqlənən oyunçu ortaya çıxar. Əsas odur ki, məşqçilərimiz çox futbolçuya baxmaq istəyirlər.
- Budakla birgə yığmamıza gələn milliləşdirilən türkiyəli Cihan Özkara sizə yaxşı tanış olan Superliqada, “Sivasspor”da oynayır...
- Mən Cihanın oyun üslubunu görmüşəm. Elə fikirləşirəm ki, onun gələcəkdə yığmaya çox faydası olacaq. Ona görə də Özkaranın millimizə çağırıldığına çox sevindim.
- Cihan 2 yığma – Türkiyə və Azərbaycan arasında seçim edir. Sizcə, ondan millimizin futbolçusu kimi yararlana bilərikmi?
- Təbii ki, o, seçmə mərhələ oyunundan sonra yığmasını dəyişə bilməz. Onsuz da futbolçu istəməyəndən sonra, kimisə məcburi yığmaya gətirib, oynatmaq lazım deyil. Ancaq Ufuk Budakın da yığmamızın oyunlarına böyük həvəslə gəldiyini görürsünüz. Onun üçün də Azərbaycan milli komandasının əsas heyətində oynamaq şərəfdir. Bu, hər adama nəsib olmur ki, Portuqaliya, Rusiya kimi yığmalara qarşı oynasın. Fikrimcə, yığmamıza gələnlər böyük həvəslə çıxış edəcəklər.
Mehman SÜLEYMANOV

0
0