“Hər komanda “Neftçi”nin təzyiqinə tab gətirə bilmir”
21.02.2012 - 17:43
“Hər komanda “Neftçi”nin təzyiqinə tab gətirə bilmir”
“Hər iki komandanın qol vurmaq üçün imkanları oldu. Təəssüf ki, ələ düşən fürsətləri dəyərləndirə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov deyib. Premyer Liqanın XXI turunda “Neftçi” ilə səfər oyununda 1 xal qazanmağa yaxın olan debütant heç-heçəni braziliyalı yarımmüdafiəçi Flavinyonun 84-cü dəqiqədə vurduğu qolla əldən verdi – 0:1.

Həsənov “Neftçi” ilə oyunun çətin olacağını bildiklərini söyləyib: “Rəqibimiz hücum futbolu oynayırdı. Hər komanda “Neftçi”nin oyun boyu güclü təzyiqinə tab gətirə bilmir. Bu nəticədən sonra ilk “altılığ”a düşmək şanslarımız bitdi”.