Nadir Nəbiyev xəstəxanadan evə buraxıldı
21.02.2012 - 17:47
“AZAL-la oyunun 1-ci hissəsindən sonra xəsarət alan Nadirlə xəstəxanaya yollandım. Qarşılaşmanı sonadək izləyə bilməməyim, futbolçunun yanında olmağımın zəruriliyi ilə bağlı idi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun icraçı-direktoru Rasim Əliyev deyib.
Klub rəsmisi Premyer Liqanın XXI turunun AZAL-la oyununda xəsarət alan Nadir Nəbiyevin durumunda ciddi problem olmadığını bildirib: “Onu xəstəxanaya gətirən kimi rentgenden keçirdik. Başında hər hansı xəsarət almasından qorxurduq. Ciddi bir şey, hər hansı bir qırıq və ya xəsarəti yoxdur. Sadəcə, güclü toqquşma zamanı zərbə əvvəl əməliyyat olunduğu nöqtəyə dəyib. Bu da sinir sisteminə təsir edib. Artıq futbolçunu evə buraxdılar. O, 2 gündən sonra yenidən həkimin yanına qayıdacaq. Hazırda durumu nisbətən sabitdir. Yalnız küt ağrılar var ki, bu üzdən danışmağa belə əziyyət çəkir”.

0
0