Azərbaycan yığması Dubaya gedir
22.02.2012 - 00:05
Azərbaycan yığması Dubaya gedir
Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışı keçəcək Azərbaycan millisi bu gün Bakını tərk edir. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts və yetirmələri saat 10:00-da Bakı-Dubay reysi ilə Ərəbistan yarımadasına yollanacaq. Millimiz martın 1-dək davam edəcək hazırlıq müddətində “Movenpick hotels @ Resports” otelində məskunlaşacaq.

Qeyd edək ki, yığmamız Dubayda 3 yoldaşlıq oyunu keçirəcək. Komandamız fevralın 24-də Sinqapur, 27-də Hindistan, 29-da isə Fələstinlə üz-üzə gələcək.