Milli komandanın baş məşqçisi dünyasını dəyişdi
21.02.2012 - 21:26
Milli komandanın baş məşqçisi dünyasını dəyişdi
Norveçin 19 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Knur-Torborn Eqqen 51 yaşında dünyasını dəyişib. Apasport.az saytının xəbərinə görə, “Rusenborq”un sabiq futbolçusunun hansı səbəbdən öldüyü məlum deyil.

Norveçin ən yaxşı futbolçularından olmuş Eqqen 1978-ci ildən 1991-ci ilədək “Rusenborq”un şərəfini qoruyub. 3 dəfə ölkə çempionluğunu və 2 dəfə ölkə kubokuna sahib çıxıb.

Norveç yığması (U-19) onun rəhbərliyi altında cari Avropa çempionatının elit raunduna vəsiqə qazanmışdı.